Milli Məclisin sədri Sahibə Qafarova Serbiya Respublikasına işgüzar səfəri çərçivəsində Əlcəzair Xalq Demokratik Respublikası Milli Xalq Assambleyasının sədri xanım Xalida Bufedeç ilə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova həmkarını bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə iki dost ölkə arasında münasibətlərin perspektivləri barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, Azərbaycan və Əlcəzair arasında əlaqələri bundan sonra da inkişaf etdirmək üçün yaxşı imkanlar var. Söhbətdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığından məmnunluq ifadə olunub.
Fikir mübadiləsi zamanı parlamentlərimiz arasında əlaqələrin əhəmiyyəti qeyd edilərək, həm parlament sədrləri səviyyəsində, həm də deputatlar arasında qarşılıqlı səfərlərin və görüşlərin münasibətlərimizin daha da genişlənməsinə xidmət etdiyi diqqətə çatdırılıb. Söhbət zamanı parlament dostluq qruplarının fəaliyyətinin də bu əlaqələrin dərinləşdirilməsində mühüm rol oynadığı vurğulanıb.
Spiker Sahibə Qafarova parlamentlərimizin beynəlxalq parlament təşkilatlarında uğurlu əməkdaşlığından məmnunluğunu bildirib. Milli Məclisin sədri Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış və Milli Məclisin sədrliyi ilə institusional inkişaf və beynəlxalq nüfuzunun möhkəmləndirilməsi istiqamətində mühüm uğurlar əldə etmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi barədə də fikirlərini bölüşüb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
Milli Məclisin sədri Sahibə Qafarova Əlcəzair Milli Xalq Assambleyasının sədri ilə görüşüb
Siyasət
- 1-09-2026, 21:53
- 4
- Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ
-
15:58
Hicran Fuad Əhmədli
-
12:31
Goranboyda yüksək bal toplayan tələbələrlə görüş keçirilib
-
12:26
Tahir Rzayev: Azərbaycan Prezidentinin ŞƏT Zirvə görüşündə iştirakı yüksək etimadın ifadəsidir
-
11:52
Qərb mediasında Azərbaycanla bağlı qərəzli informasiya siyasəti: faktlar niyə siyasi narrativlərə qurban verilir?
-
10:54
Bişkekdə mühüm görüş: Azərbaycan və İran arasında nəqliyyat gündəliyi
-
10:48
Bəradər Səməndərli
-
10:43
Tramp-Si görüşünün şifrələri: Tayvan, İran, ticarət savaşı, süni intellekt
-
21:41
YAP Astara rayon təşkilatı tərəfindən şəhid xatirəsi anılıb
-
20:45
RƏŞAD MAHMUDOV – ELMİN, HƏKİMLİYİN VƏ DÖVLƏTÇİLİYİN VƏHDƏTİ (elmi-ədəbi-publisistik esse)
-
19:15
Milli Məclisdə ATƏT PA prezidenti ilə görüş
-
19:11
Bəradər Səməndərli
-
19:08
Sahibə Qafarova: Parlamentlər arasında bərabərhüquqlu əməkdaşlığın gücləndirilməsi daha ədalətli beynəlxalq münasibətlər sisteminin formalaşdırılmasına xidmət edir
-
19:07
Sahibə Qafarova: Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə inkişaf edib
-
19:05
Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşdə çıxış edib
-
18:58
Milli Məclisin komitə sədri Səməd Seyidov ATƏT PA-nın prezidenti ilə görüşüb
-
18:55
Milli Məclisin sədri Sahibə Qafarova BMT-nin Cenevrə bölməsinin Baş direktoru ilə görüşüb
-
16:17
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir
-
16:15
Qax Rayon İcra Hakimiyyətində təhsil sahəsində yüksək nəticələr əldə edən məzunlarla görüş keçirilib
-
15:49
Azərbaycanın Avrasiya məkanında rolu artmaqdadı
-
12:08
Ötən gün 68 cinayətin açılması təmin olunub
-
12:07
Bu gün görkəmli aktyor, Xalq artisti Yaşar Nurinin doğum günüdür
