Sizin reklam burada
Sizin reklam burada
  • Bu gecə sakitliyə çəkildim və düşündüm

    Zahir

    Çətin, haqsız həyat yaşadım, amma...

    İlk və son təşəkkürüm və səcdəm Allahadır. Nə verdisə, nə itirdimsə, şükür... bir övladım yanımda oldu, mənə yaşamaq həvəsi verdi. Ata və Anam məni çətinliklə boya-başa çatdırdı. Əziyyətini halal elə, ata və anam, bu gün sizin varlığınız ,nəfəsiniz mənə cox həyat və yaşamaq eşqi verir ....
    Deyirlər, Allah dərdi çəkənlərə verir. Bundan ötrü həm də dərdçəkənə dözüm verir. Dərdlər də rəngbərəng, çeşid-çeşid. Saymaqla, seçməklə qurtarmır. Biri itincə, yolunun üstə o biri peyda olur. Bir də baxır, kim nəyi özünə dərd eliyir. Cah-cəlalın, var-dövlətin xiffətini çəkənlər, onu özünə dərd eliyənlər də olur. Qəfil faciələrin, ağrıların ondan ötüb qardaşına dəydiyinə sevinənlər də var. Zənnimcə, dərdlərin ən acısı, ürək üzəni həyatda şərəfsiz yaşamaqdır. Həmişə bu fikirdə olmuşam ki, dərd insana təkcə ağrı-acı yox, həm də kamillik, müdriklik verir. Həmin o müdriklik, təmkin də ürəyindən, əlindən yapışır ki, yolunu inamla getsin, dərdlərə, acılara üstün gəlməyi bacarsın.
    Bəzən niyə belə olduğunu dedim. Niyə yaşadığım həyatda etdiyim yaxşılıqların əvəzində şər və böhtanla üz üzə qalıb, təhdid edildim. Amma ibrətamiz həyat yaşadım və yaşayıram. Bu gün mənə və mənim dürüst olmağıma hörmət edən hər bir şəxs mənə yaşamağa ruh verir. Bu günə qədər mənimlə birgə olub, mənə mənəvi dəstək olan hamıya təşəkkür edirəm. Həyat davam edir, kimin harda və necə qərar tapacağını Uca Yaradan müəyyən edir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ