Sizin reklam burada
Sizin reklam burada
  • Səadət Qərib

    Səadət Qərib

    Səadət Qərib

    GÖZLƏ, MƏN DÖNƏCƏYƏM
    /Əsgərin dilindən/

    Xalqımın dik duruşu ,
    Milli qürurumuzdur.
    Qəlbi Azərbaycanın
    Qarabağ yurdumuzdur.

    Daha nəfəs alırıq
    Böyük zəfərimizlə.
    Üzün gülsün Qarabağ ,
    Qürur duy, sevgimizlə.

    Ədalət vulkanıyam
    Haqq püskürən biriyəm.
    Mən fəxr eləyirəm ki,
    Elimin əsgəriyəm.

    Bizimkidir bu gözəl
    Azərbaycan torpağı.
    İşğalçı düşmənlərə
    Verdik böyük göz dağı.

    Gözləyir hər əsgəri
    Sevgilisi, anası.
    Gözləri qapıdadır
    Dönəcəkdir balası.

    Gözlə mən gələcəyəm
    Əli göydə olanım,
    Gecələr sübhə kimi,
    Gözü yolda qalanım.

    Nigaran olma məndən,
    Sənə qurban bu canım.
    Qələbəylə dönürəm
    Anam Azərbaycanım.

    ŞƏHİDIN DİLİNDƏN

    Ağlama, ay ana , qurbanın olum
    Oğlun ucalıbdır şəhid adına.
    Bircə gözyaşına dözə bilmirdim,
    İndi necə çatım sənin dadına.

    Hər zaman, söz açıb özün deyərdin,
    Vətənçün fədakar olmaq gərəkdir.
    Indi unutmusan, göz yaşın durmur,
    Ağlama, ana can, bu bir şərəfdir.

    Daha çox düşməni məhv edəcəkdim,
    Bu yolu könüllü özüm seçmişdim.
    Xocalı zülmünün qisası üçün
    Yüz kərə, min kərə mən and içmişdim.

    Hələ Qarabağım gözləyir bizi,
    Bu ad yaddaşların əbədi rəsmi.
    Ağlama, ana can, belə düşün ki,
    Oğlun ölməyibdir, getsə də cismi.

    Şəhid anasısan məğrur dayan sən,
    Fəxr elə oğlunla, bu bir zinətdir.
    Vətənçün, torpaqçün ölən hər kəsə,
    Əbədi mükafat -yeri cənnətdir.

    VERMƏRİK QARABAĞI

    Quduzlaşmış yağılar
    Şəhərimə əl atdı.
    Gəncəmin yuxusuna
    Xainlər haram qatdı.

    Körpə Məryəm, Nigartək
    Neçə canlar aldılar.
    Neçə Fidan balanın
    Həyatını çaldılar.

    Anasını axtaran
    Nilaylar, Bəxtiyarlar.
    Aysun, deyib hıçqırdı,
    Qəlbi dağlı atalar.

    Sevincin gözlərində
    Kədər,qəm yuva saldı.
    Qardaşı Hüseyinlə...
    Ata- anasız qaldı.

    Neçə yol vurulsa da,
    Tərtərimiz, Bərdəmiz.
    Yenə də sönən deyil,
    Bu Vətənə sevgimiz.

    Yıxılmaz ulu Gəncəm,
    Şərəfsiz gülləsiylə.
    Ayaqdadır Bərdəmiz,
    Qələbə nəğməsiylə..

    Daim artır gücümüz,
    Mərd xalqın birliyiylə.
    Azərbaycan fəxr edir,
    Bir ordu millətiylə.

    Ana kimi, yar kimi,
    Sevirik bu torpağı.
    Canımızı verərik,
    Vermərik Qarabağı.

    ZƏFƏR ƏTIRLI QƏHRƏMAN
    (Qəhrəman şəhidimiz Yüksəl Əlizadənin xatirəsinə)
    Sən daim qəlbimizdə yaşayacaqsın

    Gəncəmizin mərd Yüksəli
    Ucalmısan zirvələrə.
    Heç bilmədin qorxu nədir,
    Sinə gərdin güllələrə.

    Şərəfli ad daşıyırsan,
    Tarixlərdə qalacaqsan!
    Ürəklərdə yaşayaraq
    sönməz məşəl olacaqsan!

    Böyük Vətən savaşında
    Hayqırdın ki, mən də varam...
    Azərbaycan mənim elim,
    Hər daşını qoruyaram...

    Çatdin elin harayına,
    könüllülər sırasında.
    Şücaətlə ad qazandın
    yaşıdların arasında.

    Neçə yaralı əsgəri
    daşıdın öz kürəyində
    Neçə arzu, diləyini
    apardın öz ürəyində.

    Vətənimin iğid oğlu
    Heç bir şeydən çəkinmədin.
    Düşdün ölüm sınağına,
    Yenə yolundan dönmədin.

    Vətən üçün candan keçib,
    Əbədiyyətdə doğuldun.
    Qaranlıqdan sabahlara
    Daim doğan Günəş oldun!

    Allah dərgahında özün
    Vətən boyda uca dağsan.
    Zəfər ətirli, qəhrəman
    Azərbaycan, Qarabağsan!!!

    Şəhid VÜSAL Allahverdiyevin əziz xatirəsinə

    Turan sevdalısı qəhrəman Vüsal
    Bağlıydı yurdunun torpaq, daşına
    Vətəni qorumaq borcumdur deyib
    könüllü üz tutdu haqq savaşına.

    Hələ 5 yaşından dilində əzbər
    İgidlik nəğməsi,vətən kəlməsi.
    Çirpındıqca qəlbi Qaradəniztək
    Böyüdü içində türklük sevgisi..

    "Ağlasan ay ana məndən incimə"..
    Vida görüşündə bunu söyləmiş.
    Şəhidlik zirvəsi arzu, diləyi
    Sən demə, arzuya doğru gedirmiş.

    Odlar diyarımın qeyrətli oğlu
    Qarabağ uğrunda qəhrəman oldun!
    Qələbə libasın geyib əyninə
    Tarixdə yaşayan bir dastan oldun!!!



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ