Sizin reklam burada
Sizin reklam burada

Amerikanı Amerika edən kitaba olan məhəbbətdir

Amerikanı Amerika edən kitaba olan məhəbbətdir Əflatun Amaşov
Azərbaycan Məatbuat Şurasının sədri

Hörmətli İradə xanım Tuncay qlobal məsələ qaldırır. Biz niyə oxumuruq? Biz doğrudanmı oxuyan xalq deyilik?
Əslində zaman-zaman bu məsələ gündəmdə olur, bir az çox, bir az az. Belə bir dövrdə İradə xanım da giley-güzar açır, haqlıdı, etiraf edək ki, içimizdə çox az adam tapılar ki, əlində kitab yuxuya getmiş olsun.
Səbəbini heç də internetin icadında və inkişafında axtarmayaq. Onsuz da həyat inkişafdadır. Bu yaxənlarda Türkiyədə idim. Şakərimə uyğun kitab mağazalarını gəzirdim. Nişan Taşındakı mağazaya girəndə gözlərimə inanmadım. Kassa önündə uzun bir növbə yaranmışdı. Növbənin bu başından o başınadək məsafə qət etdim. Gördüyümdən heyran qalmışdım. Bax, belə idi camaatın mütaliə marağı. Deməli məsələ internetdə deyil, özümüzün marağımızdadır. Əsr elm əsridir, istəsək də, istəməsək də yeniliklər bizi gəlib tapacaq. Ancaq nə vaxt?
Niyə uşaqlarımızda balaca vaxtlarından kitaba sevgi yaratmamışıq? Hədiyəsini kitab etməmişik?
Bir hadisəni xatırlayacam. ABŞ-ın ölkəmizdəki səfirliyində mətbuatla işləyən Qreyk adlı bir əməkdaş vardı. Yekə kişi idi. Onunla görüşdəydim. Otağa bir nəfər daxil olub ona bağlama verdi. Atasından gəlmişdi, həvəslə açdı, içərisində kitab var idi. Sevincək vərəqlədi və dedi ki, atam hər ad günümdə hədiyyə kimi mənə kitab göndərir. Adətən oxuyub məzmunu haqqında məlumat verirəm.
Mən onda bildim ki, Amerikanı Amerika edən kitaba olan məhəbbətdir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ