Sizin reklam burada
Sizin reklam burada

ALİ BAŞ KOMANDANIM

ALİ BAŞ KOMANDANIM
ALİ BAŞ KOMANDANIM

Sən heyrətə salmısan dünya liderlərini,
Qarabağ savaşında qazandığın zəfərlə.
Qədim tariximizə yeni nəfəs gətirdin,
Ürəklərə əbədi köçdün "yeni əsər"lə
Ey, Allahın seçdiyi alicənab insanım,
Ali Baş Komandanım!

Nadir şahdan bu yana padişahlar içində
Torpaq verən olmuşdu, alansa, olmamışdı.
Düşmənin üzərində ölkə başçılarından,
Belə bir qələbəni çalansa, olmamışdı,
Əsrimizin fatehi, qəhrəmanlıq dastanım,
Ali Baş Komandanım!

Vətən torpaqlarını azad etmək uğrunda,
Düşmənə qan uddurur rəşadətli Ordumuz.
30 illik həsrətə son qoyulur, İlahi,
Sanki,qəribsəyibmiş bizdən ötrü yurdumuz,
Köç geriyə qayıdır, rahatlıq tapır canım,
Ali Baş Komnandanım!

Millətin başı üstə səkirsən "Simurq" kimi,
Möhnətini, yükünü çəkirsən "Simurq" kimi.
Ordu-xalq birləşibdi səninlə yumruq kimi,
Padşahım-rəhbərim, Paşam, Xanım, Sultanım,
Ali Baş Komandanım!

Sən status-kvonu sındırırsan, yarırsan,
Milli birliyi, ruhu-şüuru qaytarırsan.
Təkcə torpağı deyil, qüruru qaytarırsan,
Səninlə fəxr eyləyir bütün Azərbaycanım,
Ali Baş Komandanım!

Dünya üstünə gəlir, baxdı Rəcəb Ərdoğan,
Durdu, qarşılarına çıxdı Rəcəb Ərdoğan.
İntiqam məqamıdır, qalmayacaq yerdə qan,
Verdi ürək bizlərə, var olsun Ərdoğanım,
Ali Baş Komandanım!

Bundan sonra nə seçki, əbədi şahımızsan,
Qürur mənbəyimizsən, ümid-pənahımızsan.
Göylə işimiz yoxdu, Yerdə Allahımızsan,
Bu boyda missiyanı axı, mən necə danım
Ali Baş Komandanım?!

Gəlib qeybdən bu gün Bəradərin ilhamı,
Sənin tərəfindədi, haqq işində bil, hamı.
Özün qoru İlahi, bəd nəzərdən İlhamı,
100 il ömür yaşaya nolar, kaş Komandanım,
Ali Baş Komandanım!
Ali Baş Komandanım!

ALİ BAŞ KOMANDANIM
Bəradər SƏMƏNDƏRLİ (Xanəliyev)

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ