Sizin reklam burada
Sizin reklam burada
  • "Sərhədsiz reportyorlar" təşkilatı növbəti dəfə erməni dəyirmanına su tökən məlumat yayıb

    "Sərhədsiz reportyorlar" təşkilatı növbəti dəfə erməni dəyirmanına su tökən məlumat yayıb Əflatun Amaşov,
    Azərbaycan Mətbuat Şurasının sədri


    "Sərhədsiz reportyorlar" təşkilatı növbəti dəfə erməni dəyirmanına su tökən məlumat yayıb. Guya 80 nəfər yerli və xarici jurnalist Xankəndini təhlükəsiz tərk edə bilmir.
    Məlumatdan göründüyü kimi, günahkar qismində Azərbaycan tərəfi hədəf götürülür. Onların Azərbaycanın işğal altında olan həmin ərazilərinə qanunsuz səfərlərini təşkil edən təcavüzkar Ermənistan təbiidir ki, təhlükəsizliyə də cavabdehdir və bu şəxslərin yenidən Ermənistana sağ-salamat qaytarılmasının yollarını yaxşı bilirlər.
    Bəs elə isə bu dezinformasiyanın yayılmasından məqsəd nədir? Bunun dərki üçün zənnimcə Ermənistanın işğalçı xislətindən doğan məqsədlərin mahiyyətinə diqqət çəkilməlidir. Yəni döyüş zonasındakı dinc əhalinin təhlükəsizliyi qayğısına qalmaq istəməyən Ermənistan üçün jurnalistlər də Azərbaycan tərəfi barədə yanlış fikirlərin təqdimatında "etibarlı" mənbələrdir. Hətta qəsdən bu adamların hamısını, yaxud müəyyən qismini öldürüb, yaralayıb dünyaya car çəkə bilər ki, günahkar Azərbaycan tərəfidir.
    Əvvala, Azərbaycan əsgəri dinc əhaliyə, jurnalistlərə atəş açmağı heysiyyatına sığışdırmaz. Ölkəmiz barədə həmişə qərəzli, qeyri-obyektiv mövqeyi ilə seçilən "Sərhədsiz reportyorlar" təəssüf ki, yenə hansısa marağın, təmənnanın girovuna çevrilərək yanlışlığa yol verib. Dəfələrlə bu barədə təşkilata ünvanladığımız narazılıqlar diqqətsiz qalıb.
    Bir daha xatırladırıq ki, jurnalistləri sərbəst çıxarmaq üçün Xankəndindən Ermənistana gedən hər iki yol - Laçın dəhlizi və Kəlbəcərdən keçən yol, hələlik Ermənistanın silahlı qüvvələrinin nəzarəti altındadır. Buyursunlar, gəldikləri yolla da geri döndünlər.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ