Sizin reklam burada
Sizin reklam burada
  • SƏN MƏNİM NƏYİMƏ AŞİQ OLMUSAN?

    SƏN MƏNİM NƏYİMƏ AŞİQ OLMUSAN?
    İqbal Nəhmət

    SƏN MƏNİM NƏYİMƏ AŞİQ OLMUSAN?

    Azdır döngələri, dolandır tini,
    Get, geri baxmadan sil izlərini,
    Bəsdir, canım-gözüm aç gözlərini,
    Sən mənim nəyimə aşiq olmusan?

    Nə qoca, nə cavan orta çağımdır,
    Sən təpə sandığın uca dağımdır,
    Yazdığım şeirlər olacağımdır,
    Sən mənim nəyimə aşiq olmusan?

    Köhnə bir evim var, barısı yoxdu,
    Balın pətəyində, arısı yoxdu,
    Məndə sən deyənin yarısı yoxdu,
    Sən mənim nəyimə aşiq olmusan?

    Dadım qalmayıb ki, bir az acıyam,
    Mənə yük olanın ehtiyacıyam,
    Kökü baltalanan dərd ağacıyam,
    Sən mənim nəyimə asiq olmusan?

    Məndən bir xatirə qalacaq yəqin,
    Yerim boşalacaq, dolacaq yəqin,
    Üzülmə, yaxşısı olacaq yəqin,
    Sən mənim nəyimə aşiq olmusan?

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ