Sizin reklam burada
Sizin reklam burada
  • Milli Qurtuluş Günü ilə bağlı yazı müsabiqəsi

    Milli Qurtuluş Günü ilə bağlı yazı müsabiqəsi 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, Respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.
    Bizdə Milli Məclisin Gənclər və İdman Komitəsi olaraq 15 iyun Azərbaycan Xalqının Milli Qurtuluş Günü ilə əlaqədar gənclər arasında “Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır” adlı esse müsabiqəsi elan edilməsini zəruri hesab edirik.
    Müsabiqədə iştirak etmək istəyən gənclər (14-29 yaş) qeyd olunan mövzuda hazırladıqları yazıları Milli Məclisin Gənclər və İdman Komitəsinin 2020gencler@gmail.comünvanına göndəriləcək.
    Yazılar müsabiqə komissiyası tərəfindən yoxlanılacaq, bu səbəbdən də aşağıdakı tələblərə cavab verməlidir:
    • Azərbaycan (Rus, İngilis və digər) dilində və TimesNew Roman şrifti ilə14 ölçüdə hazırlanmalı;
    • Yazının həcmi 5 – 7 vərəq arasında olmalı;
    • Eyni məzmunlu yazılardan istifadə edilməməlidir.
    Müsabiqənin qalibləri sonda sertifikatla mükafatlandırılacaq, yazılarının çap olunması təmin ediləcəkdir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ