Sizin reklam burada
Sizin reklam burada
  • Allah sənə rəhmət eləsin, Hacı Hacıyev!

    Allah sənə rəhmət eləsin, Hacı Hacıyev! XXI əsrdə məni XIX əsrin maarifçilərinə bənzətmişdin 18 il əvvəlin videolent yazısıdır. İş yoldaşlarım və həmkarlarım o vaxtkı restoranlardan birində mənim 50 yaşımı qeyd edirlər. Azərbaycan Jurnalistlər Birliyinin o vaxtkı baş katibi Ramiz Əskər çıxış edir:
    “ - Bura gəlməzdən üç gün qabaq Hacı müəllimə (jurnalistlər birliyinin ozamankı sədrini nəzərdə tuturdu) dedim ki, bəs mən İttifaq Mirzəbəylinin 50 illik tədbirinə dəvət olunmuşam, istəyirəm ona bir təbrik diplomu hazırlayaq.
    Hacı müəllim soruşdu ki, İttifaq Mirzəbəyli kimdir?
    – Dedim, “Xalq qəzeti”nin siyasət şöbəsində çalışır. Amma bədii-publisistik yazılara da çox meyillidir.
    - Hə, yadıma düşdü. On doqquzuncu əsrin Azərbaycan maarifçilərinə oxşayan oğlandı, kepkalı. Mən onu çağırıb Ümmgülsüm haqqındakı yazısına görə təşəkkür etmişdim – deyə, Hacı müəllim razılıq verdi”.
    Əlavə edim ki, o vaxt biz məlum binanın beşinci mərtəbəsində otururduq, Hacı müəllimin iş yeri isə dördüncü mərtəbədə idi. Zəng edib məni yanına çağırmağına gəlincə, xatırlayıram, təkcə dediyi yazıya görə deyil, Nazim Hikmətlə bağlı yazdığım məqaləyə görə də məni otağına dəvət edib türk şairi barədə maraqlı xatirələr danışmışdı. Gözəl insan idi. Allah rəhmət eləsin!

    Allah sənə rəhmət eləsin, Hacı Hacıyev!
    İttifaq Mirzəbəyli.
    Əməkdar jurnalist

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ