Təbrik edib, parlaq gələcək arzulayıram.
Qəlbimin fərəhi dönüb ümmana,
Orxanın dünyaya gələn günüdür.
Dunyada baladan şirin nə var ki,
Balamın bal dadı verən günüdü,
Orxanın dünyaya gələn günüdü.
Bəzən də qismətim düyünə düşür,
Alına yazılan ciyinə düşür.
Min dəfə, min dəfə bu günə şükür,
Taleyin üzümə gülən günüdü,
Orxanın dünyaya gələn günüdü.
Gözəldir baharda yağan yagışlar,
Tanrı suçumuzu haçan bağışlar?
Yığılıb başıma dostlar, tanışlar,
Vallah bu tarixdə qalan günümdü,
Orxanın dünyaya gələn günüdü.
Yar gərək axtarıb tapsın yarını,
Pozmasm əhdini, düz ilqarını.
Fərəhdən tökülən göz yaşlarını
Bu gün Bəradərin silən günüdü,
Orxanın dünyaya gələn günüdü.
Bəradər Səməndərli
