Sizin reklam burada
Sizin reklam burada
  • İcra başçısı Qaxda heyvandarlıq təsərrüfatında olub, ümumi vəziyyətlə maraqlanıb


    Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev rayon ərazisində fəaliyyət göstərən Vilayət Abbasov və Əlibala Əhmədova məxsus heyvandarlıq təsərrüfatlarında olub, təsərrüfatların mövcud vəziyyəti, istehsal imkanları və gələcək inkişaf perspektivləri ilə maraqlanıb.


    "Atributinfo.az" xəbər verir ki, baxış zamanı təsərrüfatlarda yaradılmış şərait, heyvanların saxlanılması və bəslənməsi, yem təminatı, baytarlıq xidmətinin təşkili, həmçinin heyvandarlıq məhsullarının istehsalı imkanları barədə məlumat verilib.

    Bildirilib ki, Əlibala Əhmədova məxsus təsərrüfatda 80 baş, Vilayət Abbasova məxsus təsərrüfatda isə 130 baş iribuynuzlu heyvan mövcuddur. Hər iki təsərrüfatda əsasən ətlik istiqamət üzrə heyvanların yetişdirilməsinə üstünlük verilir. Bununla yanaşı, gələcəkdə təsərrüfatların genişləndirilməsi, heyvan sayının artırılması və südlük istiqamət üzrə də fəaliyyətin təşkili nəzərdə tutulur.

    İcra başçısı təsərrüfat sahibləri ilə söhbət zamanı heyvandarlığın rayonun aqrar potensialının inkişafında mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, müasir təsərrüfatçılıq metodlarının tətbiqi, heyvanların cins tərkibinin yaxşılaşdırılması, məhsuldarlığın yüksəldilməsi və yem bazasının möhkəmləndirilməsi sahənin davamlı inkişafı üçün vacib şərtlərdəndir.

    Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda heyvandarlığın inkişafı, cins tərkibinin yaxşılaşdırılması, ət və süd istehsalının artırılması, müasir və intensiv təsərrüfatçılıq modelinin genişləndirilməsi əsas istiqamətlərdən biri kimi müəyyən edilib.

    Dövlət Proqramı çərçivəsində damazlıq heyvanların güzəştlə satışının təşviqi, süni mayalanma mexanizmlərinin təkmilləşdirilməsi, heyvandarlıq təsərrüfatlarının cins heyvanlarla təminatının yaxşılaşdırılması və yeni dəstək mexanizmlərinin tətbiqi nəzərdə tutulur. Eyni zamanda, müasir tələblərə cavab verən təsərrüfatların yaradılması və istehsalın maliyyələşdirilməsi istiqamətində dövlət dəstəyinin genişləndirilməsi planlaşdırılır.

    Bununla yanaşı, fermerlərin Aqrar Kredit və İnkişaf Agentliyinin xətti ilə mövcud güzəştli maliyyələşmə imkanlarından, aqrar sığorta və digər dövlət dəstəyi mexanizmlərindən yararlanmasının əhəmiyyəti vurğulanıb. 

    Səfər zamanı təsərrüfat sahiblərini maraqlandıran məsələlər dinlənilib, mövcud imkanlardan səmərəli istifadə edilməsi, fəaliyyətin genişləndirilməsi və gələcək inkişaf planlarının həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.


    Bəradər,

    Zahir

    "Atributinfo.az"



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ