Milli Məclisin deputatı Müşfiq Məmmədli Quba rayonunda fəaliyyəti çərçivəsində Künxırt, Xırt və Qonaqkənd kəndlərinin sakinləri ilə səyyar görüşlər keçirmişdir
Sosial
Dün, 22:01
17
"Atributinfo.az" xəbər verir ki, görüşlər zamanı sürüşmədən sonra yol tikintisi layihəsinin icra olunduğu ərazilərdə çalışan yerli sakinlərlə fikir mübadiləsi aparılmış, həyata keçirilən işlərin gedişatı, istiqaməti və gələcək mərhələləri barədə müzakirələr aparılmışdır. Səyyar görüşlər çərçivəsində, həmçinin kənd təsərrüfatı ilə məşğul olan, fərdi təsərrüfatlarını inkişaf etdirən Afurca kənd sakinlərinin təklif və fikirləri dinlənilmiş, onları maraqlandıran məsələlər müzakirə edilmişdir. Vətəndaşların müraciət və təkliflərinin dinlənilməsi, eləcə də yerində aparılan müzakirələr həyata keçirilən işlərin daha səmərəli təşkili baxımından mühüm əhəmiyyət kəsb edir.