"Atributinfo.az" xəbər verir ki, tədbirdən öncə konfrans iştirakçıları ilə birgə Ulu Öndər Heydər Əliyevin rayonun mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzülüb. Konfrans çərçivəsində dini ekstremizmə qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər, sosial medianın dini mühitə təsiri, mənəvi təhlükəsizlik məsələləri və müasir dövrün çağırışları ətrafında geniş müzakirələr aparılıb. Müzakirələr zamanı Müşfiq Məmmədli geniş məzmunda çıxıs edib.
Bəradər Səməndərli
"Atributinfo.az"
