Öncə 100 il əvvəl bu ali amalı gerçəkləşdirib, həyata keçirənlərə uca Allahdan rəhmət, ruhlarının şad olmasını diləyirik!
Birinci Türkoloji Qurultayın bütün mövzu və ideya istiqamətlərini özündə ehtiva edən bu mötəbər Beynəlxalq Konfrans zərgər dəqiqliyi ilə olduqca möhtəşəm təşkil edilmişdi. Xarici və yerli qonaqların Azərbaycanımıza məxsus yüksək qayğı, qonaqpərvərlik və dərin sevgi ilə qarşılanmasından başlamış plenar, bölmə iclaslarına və yola salmaya qədər hər şey qüsursuz və ali idi!
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya Fakültəsi, TÜRKSOY, Yunis Əmrə İnstitutu və Daşkənd Beynəlxalq Universitetinin birgə təşkilatçılığı ilə əyani və onlayn formatda təşkil olunan beynəlxalq konfransda Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Ukrayna, Moldova, Estoniya, Əfqanıstan və digər ölkələrdən alim və tədqiqatçıları bir araya gəlmişdilər.
Azərbaycan Respublikasının Prezidenti,cənab İlham Əliyevin Türkoloji Qurultayın 100 İllik Yubileyinin qeyd edilməsi ilə bağlı imzaladığı Sərəncamın tələblərinə xidmət edən və Türk Dünyasını amalda,əməldə bir araya gətirən, qovuşduran Beynəlxalq Elmi Konfrans Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət və Ulu Öndərin məzarı önünə gül dəstələri qoymaqla başladı!
Azərbaycanın, Türk Dünyasının görkəmli dövlət,elm və ictimai xadimlərinin cəm olduğu, həm əyani,həm də onlayın formatda iştirak edən alimlərin yaddaşından əbədi silinməyəcək konfransın yüksək səviyyədə təşkilindəki böyük xidmətlərinə görə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru,professor,hörmətli Cəfər Cəfərov müəllimə, bütün gənc alimlər kimi mən də qayğısını hər zaman üzərimizdə hiss etdiyimiz ADPU-nun Beynəlxalq Əlaqələr üzrə Prorektoru, professor,hörmətli Mahirə Nağıqızı xanıma, Filologiya fakültəsinin dekanı,dosent, dəyərli Konul Hasanova xanıma dərin minnətdarlığımızı bildiririk!
Plenar və Bölmə iclaslarının dəqiqliklə təyin edilməsi, fasilələrarası ziyafət, hər kəsə bu böyük konfransdan xatirə qalacaq hədiyyələrin təqdim edilməsi, xarici qonaqlara Bakının və Azərbaycanın tarixi məkanlarına səyahətlərin təşkil edilməsi Beynəlxalq Konfransın adına-şanına yaraşan böyük tarixi xidmətlər oldu!
Bu təntənəli, unudulmaz Konfransın arxasında Filologiya Fakültəsinin əməkdaşlarının birliyi, səmimiyyəti, zəhməti və yuxusuz gecələri dayanırdı!
Konfrans elanının ilk günündən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin bütün professor-müəllim heyətinə- professor,dəyərli Könül Semedova xanıma, dosennt, hörmətli Nazile Abdullazade xanıma-hərr kəsə-bütün müraciət edənlərə, iştirak edənlərə olduqca həssas, diqqətlə yanaşdıqlarına görə bir daha təşəkkürümüzü bildiririk!
Birinci Türkoloji Qurultayın 100 İllik yubileyinə həsr olunan Beynəlxalq Konfransa Azərbaycan Milli Elmlər Akademiyasi Gəncə Bölməsindən mən "Nizami Gəncəvi və Türk dünyası:Türkiyədə tədqiqi tarixi" mövzulu məqalə və Bölmənin Elmi katibi Gunay Ceferova xanım isə "Gəncə dialektinin özünəməxsus xüsusiyyətləri" adlı məqalə ilə iştirak etdik!
Bir daha məzunu və yetirməsi olduğum Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə, böyük elmi məktəb yaradan Filologiya Fakültəsi ilə fəxr etdim,qürur duydum! Doğma müəllimlərimlə olan görüşümüz isə unudulmaz şirin xatirələrimizin təzələnməsinə, daha da uzunömürlü olmasına səbəb oldu!
Harda olmağımızdan aslı olmayaraq Səninləyik ADPU Filologiya Fakültəsi!
Əlimuxtar Muxtarov
AMEA Gəncə bölməsi,
Nizami Gəncəvi Mərkəzinin direktoru
