Sizin reklam burada
Sizin reklam burada
  • Bu gün Azərbaycanda WUF13-ə start verilir

    Ramilla Sultan
    politoloq

    Bakıda keçirilən WUF13 (World Urban Forum) Azərbaycanın beynəlxalq nüfuzu və şəhərsalma gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. Bu forum təkcə bir tədbir deyil, həm də ölkələrin təqdim etdiyi inkişaf, innovasiya və urbanizasiya modelidir
    Forum çərçivəsində “smart city”, yaşıl enerji, rəqəmsal idarəetmə, ekoloji şəhərsalma kimi müasir modellər müzakirə olunur.
    Ümumilikdə, WUF13 çərçivəsində dünya ölkələrinin təcrübə mübadiləsi aparması, yeni şəhərsalma modellərinin müzakirəsi və gələcəyin urban inkişaf strategiyalarının formalaşdırılması üçün geniş imkanlar yaranacaq.
    Tədbir məkanı kimi Bakı Olimpiya Stadionu seçilib.
    Mayın 22-dək davam edəcək forum BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Hökuməti tərəfindən birgə təşkil olunur.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ