Sizin reklam burada
Sizin reklam burada
  • 31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür

    İltizam Yusifov
    VI çağırış Milli Məclisin deputatı

    Son iki yüz ildə Azərbaycan xalqına yaşadılan ən dəhşətli hadisələrdən biri də məhz 1918-ci ilin mart soyqırımıdır. 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir.

    Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilmişdir.

    1918-ci ildə Azərbaycan xalqı çətin və taleyüklü məsələlərlə üz-üzə qaldı... Bakı şəhəri bolşevik-daşnak qüvvələrinin işğalı altında idi. Məhz belə bir şəraitdə Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi Osmanlı hökumətinə müraciət etdi. Bu müraciət əsasında 1918-ci ilin iyununda Osmanlı Türkiyəsinin Hərbi naziri Ənvər Paşanın əmri ilə Qafqaz İslam Ordusu yaradıldı. Ordunun komandanlığı Osmanlı Ordusunun tanınmış hərbçisi general-leytenant Nuru Paşaya (Nuru Killigil) həvalə edildi.

    Türkiyədən Azərbaycana, daha sonra isə Bakıya gələn Qafqaz İslam Ordusu Azərbaycan xalqını Azərbaycanlılarla birlikdə erməni-bolşevik zülmündən xilas etdi.

    Bu gün Qafqaz İslam Ordusunun əskərlərinin şəhid olduğu Hacıqabul rayonunun Qubalı-Baloğlan kəndinə ziyarət etməyi özümə mənəvi borc hesab elədim.

    Hacıqabul rayonunun Qubalı-Baloğlan kəndində 1918-ci ildə erməni-daşnak silahlı birləşmələrinə qarşı döyüşdə Qafqaz İslam Ordusunun 6 əsgəri və onlarla birgə döyüşən 6 Azərbaycan əsgəri şəhid olub. Həmin dövrün şahidi olmuş bir kənd sakini adları bu gün də məlum olmayan şəhid əsgərləri öz həyətyanı sahəsində dəfn edib. Sonradan həmin yerdə Türk Şəhidliyi kompleksi yaradılmışdır. 31 mart 2017-ci il tarixində Türk Şəhidliyinin açılışı olmuşdur. Həmin zaman Qubalı-Baloğlan kəndində Türkiyə səfirlik tərəfindən qəbirlərin üzərində ucaldılan abidənin açılışına Türkiyənin Azərbaycandakı səfiri Erkan Ozoral, hərbi attaşe general Zəfər Ocak, Hacıqabul icra başçısı, səfirlik işçiləri və kənd sakinləri qatılıblar.

    Ziyarət etdim: Kəndin icra nümayəndəsi (Mehman Nəzərov) ilə də görüşdüm, həmsöhbət olduq, əraziyə layiqli baxım üçün təşəkkür etdim və Şəhidlərimizə Allahdan rəhmət dilədim.

    Allah rəhmət eləsin!

    Qeyd :Bakı-Ələt-Hacıqabul M2 magistral yolunu üstündə, Navahı YPX Stasionar Postundan 500 m sonra, sağ tərəfə Navahı kəndinin içərisi ilə, asfalt yolla 10 km-lik məsafədə yerləşir.








    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ