Bunu Milli Məclisin deputatı, MCP sədri Razi Nurullayev özünün feysbuk səhifəsində paylaşıb.
Deputat əlavə edib ki, kiminsə qarşısında öhdəliyim də yoxdur:
"Mənim borcum dövlətim, millətim qarşısında - həm deputat kimi, həm də Milli Cəbhə Partiyasının sədri kimi üzərimə düşən öhdəliyi, vəzifəni yerinə yetirməkdir. Əgər mənə şikayət gəlirsə, deputat kimi öz vəzifəmi yerinə yetirməliyəm.
Dövlətə, millətə qulluq, vətəndaşın problemlərini həll etməkdən keçir..."- Razi Nurullayev paylaşımda bildirib.
Bəradər Səməndərli
"Atributinfo.az"
