Ombudsman Səbinə Əliyevanın təşəbbüsü ilə uşaqların biliklərinin artırılması məqsədilə “Uşaqların hüquqlarını birlikdə qoruyaq” adlı maarifləndirici vəsait hazırlanıb.
Vəsaitdə uşaqların hüquq və vəzifələri, Ombudsman və onun uşaq hüquqlarının müdafiəsi sahəsində rolu, Müvəkkilə müraciət imkanları barədə məlumatlar uşaqlar üçün anlaşılan dildə təqdim olunub.
