Sizin reklam burada
Sizin reklam burada
  • Arzu Nağıyevdən Qovlar şəhərində vətəndaş qəbulu

    Daim seçicilərinin yanında olan, onların qayğı və problemlərini diqqət mərkəzində saxlayan
    105 saylı Tovuz-Gədəbəy seçki dairəsi üzrə millət vəkili Arzu Nağıyev tərəfindən bu gün - 17 yanvar tarixində Tovuz rayonunun Qovlar şəhərində vətəndaş qəbulu keçirilib.

    "Atributinfo.az" xəbər verir ki, vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən sosial, məşğulluq, səhiyyə və digər məsələlərlə bağlı olub.

    Müraciətləri dinləyən millət vəkili qaldırılan məsələlərlə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldıracağını və problemlərin həlli istiqamətində səy göstərəcəyini bildirib.

    Vətəndaş məmnuniyyətinin təmin olunması məqsədi ilə millət vəkili Arzu Nağıyevin qəbulları davam edəcək.
    Növbəti qəbulların keçirilməsi haqda məlumatları Milli Məclisin rəsmi internet saytından izləyə bilərsiniz.

    Bəradər
    "Atributinfo.az"





    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ