Sizin reklam burada
Sizin reklam burada
  • Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi Qax rayonda ehtiramla anılıb

    Xalqımızın böyük oğlu, dahi şəxsiyyət, zəmanəmizin görkəmli siyasi xadimi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ölkəmizin hər yerində dərin hörmətlə anılıb.
    Dekabrın 12-də Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev başda olmaqla, hüquq-mühafizə orqanları və YAP rayon təşkilatı, idarə, müəssisə rəhbərləri və kollektivləri, şəhid ailələri, qazilər, ağsaqqallar, gənclər, ictimaiyyət nümayəndələri Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb və əziz xatirəsini böyük ehtiramla yad ediblər.
    Həmçinin Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar rayonda ehsan süfrəsi təşkil edilib.

    Bəradər,
    Zahir
    "Atributinfo.az"












    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ