Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin, həmçinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Açılış nitqində Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov konfransın əhəmiyyətini vurğulayaraq psixologiya sahəsində müasir elmi-praktik yanaşmaların tətbiqi, nevro-psixoloji cihazların imkanları, psixoterapevtik metodların elmi əsaslarla inkişafı və tələbələrin peşəkar hazırlığının gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
Konfransda müxtəlif aktual mövzular üzrə elmi məruzələr təqdim olunub.
Konfransın sonunda tədbirin yüksək təşkilati səviyyədə həyata keçirildiyi və ölkədə psixologiya sahəsinin inkişafına mühüm töhfələr verdiyi qeyd edilib. Bu elmi platformanın gələcək illərdə də davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Tədbir iştirakçıların xatirə fotosu ilə yekunlaşıb.
