Sizin reklam burada
Sizin reklam burada
  • Arzu Nağıyev Gədəbəydə şəhid ailəsini ziyarət edib

    Dunən-22 noyabr 2025--ci il tarixində 105 saylı Tovuz-Gədəbəy seçki dairəsi üzrə millət vəkili Arzu Nağıyev tərəfindən ənənəvi vətəndaş qəbul-görülərindən növbətisi Gədəbəy rayonunun Novosaratovka kəndində keçirilib.

    "Atributinfo.az" xəbər verir ki, vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən məşğulluq, sosial və digər məsələlərlə bağlı olub.
    Müraciətləri dinləyən millət vəkili qaldırılan məsələlərlə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldıracağını və problemlərin həlli istiqamətində səy göstərəcəyini bildirib.

    Həmçinin Gədəbəy rayonunun Novosaratovka kəndində Vətən müharibəsi şəhidi Rzayev Hüseyn Aslan oğlunun şəhid olmasının 5-ci ildönümü ilə əlaqədar ailəsi Milli Məclisin üzvü tərəfindən ziyarət olunub.
    Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik…
    Daha sonra millət vəkili Tovuz rayonunun Qəribli İnzibati Ərazi dairəsi üzrə İsakənd kəndinə yaxın ərazidə qəzalı vəziyyətə düşən magistral yolun əsaslı təmiri ilə bağlı görülən işlərlə maraqlanıb.

    Qeyd edək ki, vətəndaş məmnuniyyətinin təmin olunması məqsədi ilə deputat Arzu Nağıyevin görüşləri davam edəcək.
    Növbəti qəbulların keçirilməsi haqda məlumatları Milli Məclisin rəsmi internet saytından izləyə bilərsiniz.

    Bəradər
    "Atributinfo.az"










    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ