Sizin reklam burada
Sizin reklam burada
  • İnkişaf, rifah və güclü gələcək bizim yolumuzdur


    Rəşad Mahmudov
    tibb elmləri doktoru, millət vəkili

    Bu gündən etibarən Milli Məclisdə 2026-cı ilin dövlət büdcəsinin müzakirələrinə rəsmi olaraq start verilir.

    Arzu edək və durmadan çalışaq ki, bir gün ölkəmiz ümumi daxili məhsulun, büdcə yükünün və adambaşına gəlirlərin beynəlxalq standartlarla ölçülən bütün göstəricilərində təkcə bölgənin deyil, dünyanın ən öncül ölkəsinə çevrilsin.

    Bu, əlçatmaz xəyal deyil. Çünki 2020-ci ilə qədər mümkünsüz görünən nə varsa, xalqımızın iradəsi və liderimizin qətiyyəti ilə gerçəyə çevrildi. Torpaq bütövlüyünü dünya miqyasında ən ədalətli və şərəfli şəkildə bərpa etmiş bir rəhbər, dövlət və cəmiyyət daha böyük hədəflər qoymaqda tam haqlıdır.

    İnkişaf, rifah və güclü gələcək bizim yolumuzdur. Xəyal etməklə kifayətlənməyən, qurduğu hər arzunu reallığa çevirən bir xalq və dövlət olaraq, bu hədəflərə çatacağımıza inamımız tamdır.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ