Sizin reklam burada
Sizin reklam burada
  • Hicran Hüseynova Sumqayıtda vətəndaşlarla növbəti qəbul keçirib

    Bu gün noyabrın 17- də 42 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı, Milli Məclisin komitə sədri Hicran Hüseynovanın təşəbbüsü ilə Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasında seçicilərlə növbəti vətəndaş qəbulu keçirildi.
    Görüşdə millət vəkili vətəndaşları bir-bir dinləyərək onların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşdı. Qəbul zamanı səsləndirilən problemlər ayrılıqda təhlil edilərək həll istiqamətləri müzakirə olundu. Müraciətlər sosial rifah, məşğulluq, pensiya təminatı, ailə-məişət məsələləri və gündəlik həyatla bağlı digər problem sahələrini əhatə edirdi.
    Qaldırılan bir çox məsələlərin həlli yerindəcə təmin olundu. Digər müraciətlər isə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti dövlət qurumlarına göndərilməsi üçün icraata götürüldü. Hicran Hüseynova hər bir vətəndaşın probleminin diqqətlə araşdırılması, onların çətinliklərinin minimuma endirilməsi və həllini tapması üçün bütün imkanların səfərbər olunacağını qeyd etdi.
    Millət vəkili vurğuladı ki, seçicilərlə mütəmadi görüşlər onların sosial durumunun, gündəlik narahatlıqlarının və ehtiyaclarının daha dərindən öyrənilməsinə geniş imkan yaradır. Bu kimi qəbul günləri dövlət qurumları ilə vətəndaşlar arasında körpü rolunu oynayaraq problemlərin daha operativ həllinə şərait yaradır.
    Qeyd etmək lazımdır ki, millət vəkili Hicran Hüseynova seçildiyi Sumqayıt şəhərində ayda iki dəfə vətəndaş qəbulu keçirir, əlavə olaraq hər ay Bakıda – Milli Məclisdə bir dəfə seçiciləri qəbul edir. O, hər bir müraciətə diqqətlə yanaşır, insanlara qayğı və həssaslıq göstərir, onların sosial rifahının yüksəldilməsinə dəstək olmaq üçün bütün mümkün vasitələrdən istifadə edir. Seçicilərlə təmasda olmaq, onların problemlərini dinləmək və həllinə töhfə vermək millət vəkilinin fəaliyyətinin əsas prioritetlərindəndir.
    Bu fəaliyyət həm seçicilərin dövlətə olan inamını gücləndirir, həm də sosial məsuliyyətin real təcəssümü kimi cəmiyyət tərəfindən yüksək qiymətləndirilir.

    Rauf İLYASOGLU






    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ