Sizin reklam burada
Sizin reklam burada
  • Astara Dənizkənarı Park Bulvarda "Eko Festival"

    "15 noyabr tarixində Lənkəran Regional Turizm İdarəsinin. təşkilatçılığı Astara Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Dənizkənarı Park Bulvarda "Eko Festival". təşkil olundu. Festivalın əsas məqsədi məqsəd yerli turizm məhsullarının tanıdılması ilə yanaşı, bölgə turizmində mövsümülük amilini aradan qaldırmaq, kənd turizminə dəstək olmaq, yerli adət ənənələrini və mədəni irsi təşviq etmək, eyni zamanda ekoturizm və aqroturizm ehtiyatlarının təşviqi, yerli fermerlərin və gənclərin turizm sahəsində inkişaflarına töhfə verməkdir."
    Bunu 79 saylı Astara seçki dairəsindən seçilən deputat, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov özünün feysbuk səhifəsində paylaşıb. O, qeyd edib ki,
    30-dan yuxarı yerli istehsalçının və turizm sənayesi nümayəndələrinin iştirak etdiyi festivalda yerli istehsalçılar və fermerlər tərəfindən hazırlanan məhsulların satış yarmarkası, həmçinin dequstasiya və ustad təqdimatları keçirilmiş, yerli fəal gənclər tərəfindən innovativ təqdimatlar təşkil olunmuşdur:

    "Burada ziyarətçilərə cənub bölgəsinin turizm məhsulları eləcə də təbiəti, mədəniyyəti və tarixi ilə yaxından tanış olmuşlar. Festivalda Astaradan olan təsərrüfatlarla yanaşı cənubda fəaliyyət göstərən aktiv aqroturizm təsərrüfatları da iştirak edib.

    Festivalın ikinci hissəsində respublika və yerli səviyyədə tanınmış musiqi qruplarının ifasında konsert proqramı təşkil olunmuşdur."- Deputat paylaşımda diqqətə çatdırıb.

    Bəradər Səməndərli
    "Atributinfo.az"











    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ