Sizin reklam burada
Sizin reklam burada
  • Bir qrup deputat Milli Qəhrəman Pəncəli Teymurovun məzarını ziyarət edib

    "Bu gün Azərbaycanın Milli Qəhrəmanı, 8 noyabr tarixində Cənab Prezidentin imzası ilə ölümündən 9 il sonra Milli Qəhrəman adı verilən Pəncəli Teymurovun məzarını ziyarət etdik.

    Dəyərli həmkarlarım Anar İskəndərov, Məşhur Məmmədov, Fariz İsmayılzadə və Vasif Qafarovla birlikdə, eləcə də rayonumuzun, bölgəmizin və ölkəmizin müxtəlif guşələrindən gəlmiş yüzlərlə vətənpərvər insan, şəhid ailələri, şəhid anaları, qazilər və əsgərlərlə birlikdə bu müqəddəs ziyarətdə iştirak etdik."
    Bunu Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, deputat Rəşad Mahmudov özünün feysbuk səhifəsində paylaşıb. O, əlavə edib ki, bu gün təkcə ziyarət yox, həm məzarüstü mərasimdə, həm də ev-muzeyində çıxışlarımızla Pəncəli Teymurovun həyat yoluna və qəhrəmanlığına bir daha işıq saldıq:

    "Yaşadığımız hisslər qürur, ehtiram və böyük minnətdarlıq dolu idi.
    Biz bir daha Cənab Prezidentə, Ali Baş Komandanımıza bu yüksək dəyərə görə təşəkkür edirik. Bu şanlı ad olan Milli Qəhrəmanlıq, yalnız Pəncəli Teymurova deyil, Vətən uğrunda canını fəda etmiş bütün şəhid övladlarımıza verilmiş ən ali qiymətdir.

    Ruhları şad olsun. ????????"- Deputat paylaşımda bildirib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"











    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ