Sizin reklam burada
Sizin reklam burada
  • Qax rayonunda “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə rayon birinciliyi keçirilib

    15 noyabr 2025-ci il tarixdə YAP Qax rayon təşkilatı tərəfindən Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü münasibətilə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatları təmsil edən komandalar arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə rayon birinciliyi keçirilib.
    "Atributinfo.az" xəbər verir ki, keçirilən yarışda 16 komanda mübarizə aparıb.
    Yarış iştirakçıları əvvəlcə Qax şəhərinin “Gənclik” parkında partiyanın rayon təşkilatı tərəfindən təşkil edilən ağacəkmə aksiyasında iştirak ediblər.
    Rayon Heydər Əliyev Mərkəzində keçirilən yarışın əvvəlində Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    İntellektual oyunun rəsmi açılış mərasimində YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, rayon Təhsil sektorunun müdiri Babək Heydərov, Heydər Əliyev Mərkəzinin direktoru Arzu Dunusova çıxış ediblər. Bildirilib ki, intellektual oyunun keçirilməsində əsas məqsəd Ulu Öndər Heydər
    Əliyev irsini öyrənmək və təbliğ etmək, iştirakçıların dünyagörüşünü daha da zənginləşdirmək, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, Azərbaycanın milli mədəniyyətini və tarixini təbliğ etmək, eləcə də onların asudə vaxtlarının səmərəli təşkilinə nail olmaqdan ibarətdir.
    Yekun nəticələrə əsasən, Qax Dövlət Kukla Teatrının komandası intellektual yarışın qalibi adını qazanıb. “Kapital Bank”ın rayon filialının və şəhər 5 saylı tam orta məktəbin komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
    İntellektual yarışın qalibləri YAP Qax rayon təşkilatı tərəfindən kubok, medal və diplomlarla mükafatlandırılıblar.

    Bəradər Səməndərli,
    Zahir Məmmədov
    "Atributinfo.az"









    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ