Sizin reklam burada
Sizin reklam burada
  • Bakı səfərimiz bu gün Bakıda Gəncə toyu ilə yekunlaşacaq


    Bakı Dövlət Universitetində əziz müəllimlərimizlə-müəllimlərimizin, ustadlarımızın ustadı- Asmatxanım müəllimə ilə, Yegane Nehmetulla müəllimə ilə, Nigar müəllimə ilə, sevimli tələbələrlə unudulmaz görüşümüz oldu!
    Ustadlarımızın ustadı deyərkən: Örnək alınası və həyat tərzimizə tətbiq edəcəyimiz bir hadisədir ki, akademik hörmətli Rafael müəllim hər dəfə Əsmətxanım müəllimədən danışanda Ona ustad deyir, belə dəyərləndirir, Əsmətxanım müəllimə də öz növbəsində Rafael müəllimi tələbəsi olmasına baxmayaraq böyük ustad adlandırır!
    Olduqca ağır,gərgin iş rejimində çalışmasına baxmayaraq axşam saatlarında məni qəbul edib, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində- Rafael müəllimin təbirincə desək, Nizami Gəncəvinin evində məni qəbul edib, fundamental elmi məsləhətlərini verən, yazdığım məqalələri, üzərində işlədiyim tədqiqatları dəyərləndirib, iki saatdan çox zaman ayıran əzizimiz Rafael müəllimə də çox sağ olun,var olun deyirəm!
    Görüş çərçivəsində tələbələrə əsrlərə sığmayan, Şərq, Azərbaycan intibah ədəbiyyatı hadisəsi olan dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyatı və yaradıcılığından, bəşəriliyindən, dahi şairin irsinə Azərbaycan dövlətinin qayğısından,Ulu Öndərimiz Heydər Əliyevin, möhtərəm cənab Prezidentimiz İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ulu Nizami yaradıcılığına böyük xidmətlərindən danışdıq!
    Eyni zamanda Əsmətxanım müəllimənin, Yeganə müəllimənin AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin "Nizamişünaslıq" elmi əsərlər jurnalında çap edilən qiymətli məqalələrinin jurnal nüsxələrini müəlliflərə təqdim etdik!
    Olduqca dəyərli vaxtlarını ayırıb günümüzü unudulmaz edənlərə dərin minnətdarlığımı bildirirəm!
    Bakı səfərimiz bu gün Bakıda Gəncə toyu ilə yekunlaşacaq! Gələcəyinə vətən sevdalı Azərbaycan generalı kimi baxdığım sevimli bir tələbəmin toy mərasimi! Əbədi xoşbəxtlik Sizlərlə olsun!

    Əlimuxtar Muxtarov
    AMEA Gəncə bölməsi
    Nizami Gəncəvi Mərkəzinin direktoru





    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ