Sizin reklam burada
Sizin reklam burada
  • Damazlıq heyvanların güzəştlə satılması üçün gələn il 17,3 milyon manatın ayrılması proqnozlaşdırılır

    Gələn ilin proqnoz layihəsində ölkə daxilindən və xaricdən alınan damazlıq heyvanların güzəştlə satılması üçün 17,3 milyon manat nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 1,1 milyon manat və ya 6,8 faiz çoxdur.

    Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov noyabrın 13-də parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında çıxışı zamanı deyib.

    Nazir bildirib ki, bununla yanaşı, süni mayalama və ya embrion köçürməsi yolu ilə alınan hər sağlam buzova görə istehsalçılara 100 manat subsidiya ödənilir. Bu məqsədilə 2026-cı ildə də cari ilin səviyyəsində - 10,3 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ