Sizin reklam burada
Sizin reklam burada
  • Hörmətli Elvin müəllim, Paşayev, yeni təyinatınız münasibətilə Sizi ürəkdən təbrik edirik!

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

    Dövlət başçısının digər Sərəncamına əsasən, Elvin Paşayev Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

    Elvin müəllim Göygöl rayonuna rəhbərlik etdiyi dövrdə rayonun sosial-iqtisadi inkişafı, abadlıq və infrastruktur sahəsində mühüm işlər görmüş, bütün kəndlərə səfər edərək yerli sakinlərin qayğı və problemləri ilə yaxından maraqlanmış və həll edilməsinə çalışmışdır.

    Göygölə rəhbərlik etdiyi müddətdə gördüyü işlər və göstərdiyi səmərəli fəaliyyət təqdirəlayiqdir.
    Elvin müəllimə yeni vəzifəsində uğurlar və fəaliyyətində davamlı nailiyyətlər arzulayırıq.

    Bəradər Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ