"Atributinfo.az" xəbər verir ki, Rayon Gənclər Evində təşkil olunmuş toplantı Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunaraq, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş videoçarx təqdim olunub.
Tədbirdə çıxış edən natiqlər Konstitusiyanın əhəmiyyətindən, onun dövlət idarəçiliyində və vətəndaş cəmiyyətinin inkişafında oynadığı mühüm roldan danışaraq qeyd ediblər ki, müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır. Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunmuşdu. 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiya da, əvvəlki konstitusiyalar kimi, SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı.
Bəradər
"Atributinfo.az"
