"Atributinfo.az" xəbər verir ki, konsert proqramında Respublikanın tanınmış sənətçilərinin və yerli mədəniyyət kollektivinin çıxışları, vətənpərvərlik mövzusunda mahnıları və musiqi kompozisiyaları təqdim olunub. Tədbir iştirakçıları Zəfər Gününün yaratdığı qürur və sevinci birgə yaşayıblar. Bayram ab-havasında keçən konsertin sonunda möhtəşəm atəşfəşanlıq təşkil olunub və səma Zəfər rənglərinə bürünüb.
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, müharibə iştirakçıları, Şəhid ailələri, Qazilər, Göygöl rayon ictimaiyyəti və rayona gələn qonaqlar iştirak ediblər.
Bəradər Səməndərli
"Atributinfo.az"
