Sizin reklam burada
Sizin reklam burada
  • Bitki Mühafizə ve Texniki Bitkilər ETİ-nin kollektivi "Zəfər" ilimizin 5 illiyini qeyd edib

    Bitki Mühafizə ve Texniki Bitkilər ETİ-nin kollektivi "Zəfər" ilimizin 5 illiyini qeyd edib Bu gün professor İbrahim Cəfərov başda olmaqla, Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitunun əməkdaşları “Zəfər” imizin 5 illiyini qeyd ediblər.

    "Atributinfo.az" xəbər verir ki, tədbir Şəhidlər xiyabanında şəhidlərimizin məzarları üzərinə gül - çiçək qoyulması, dualar edilməsi ilə başladı və institutun akt zalında davam etdirilib. Bütün çıxışlarda natiqlər bu möhtəşəm tarixi qələbənin qazanılmasında Ali Baş Komandan - Ordumuz və xalqımızın birliyindən bəhs edilib, şəhidlərimizin - Vətən mücahidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb

    İnstitutun direktoru, professor İbrahim Cəfərov isə çıxışını bu notlarla tamamlayıb:

    ..."Bayramımız mübarək! Yaşasın Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı və Milli Ordumuz! Yaşasın xalqımız və dövlətimiz! Qarabağ Azərbaycandır!"

    Bəradər Səməndərli
    "Atributinfo az"



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ