Sizin reklam burada
Sizin reklam burada
  • Modern İnkişaf və Ailə İctimai Birliyi Zəfər Bayramı münasibətilə geniş tədbir keçirib


    Modern İnkişaf və Ailə İctimai Birliyinin təşkilatçılığı ilə Zəfər Bayramı münasibətilə genişmiqyaslı tədbir keçirilib.

    "Atributinfo.az" xəbər verir ki, tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin xatirəsinin yad edilməsi və qazilərimizin göstərdiyi igidliyin yüksək qiymətləndirilməsi məqsədilə təşkil olunub.

    Öncə Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

    Tədbirdə Modern İnkişaf və Ailə İctimai Birliyinin sədri Zərifə Quliyeva, Milli Məclisin deputatı Vuqar İskəndərov, Azərbaycan Veteranlar Təşkilatının sədri Cəlil Xəlilov, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər.

    Zərifə Quliyeva çıxışında qeyd edib ki, Azərbaycan xalqı tarixinin ən şanlı səhifələrindən birinə imza ataraq Vətən müharibəsində böyük Zəfər qazanmışdır. O vurğulayıb ki, bu möhtəşəm qələbə xalqımızın birliyinin, ordumuzun qüdrətinin və dövlət rəhbərliyinin siyasi iradəsinin bariz təzahürüdür.

    Milli Məclisin deputatı Vuqar İskəndərov çıxışında Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi qələbənin Azərbaycan dövlətçiliyi adına böyük nailiyyət olduğunu bildirib. O həmçinin şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısından söz açıb.

    Veteranlar Təşkilatının sədri Cəlil Xəlilov tədbirin əhəmiyyətini qeyd edərək bildirmişdir ki, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və qazilərimizin sosial rifahının təmin edilməsi hər birimizin mənəvi borcudur.

    Çıxış edən şəhid ailələri və qazilər göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

    Tədbir bədii hissə ilə davam edib. Vətənə, şəhidlərə və qələbəyə həsr olunmuş kompozisiyalar səsləndirilib.

    Bəradər
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ