Tədbiri giriş sözü ilə açan İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn qonağı salamlayaraq belə görüşlərin gənclərin milli ruhda formalaşmasında mühüm rol oynadığını, həmçinin 8 Noyabr – Zəfər Gününün xalqımızın birlik və qürur rəmzi kimi əhəmiyyətini vurğulayıb.
Daha sonra çıxış edən Arzu Nağıyev bildirib ki, tarixi Zəfər Prezident İlham Əliyevin müdrik siyasəti, Azərbaycan xalqının birliyi və Vətən müharibəsi şəhidlərinin qəhrəmanlığı sayəsində əldə olunub. O, həmçinin gənclərin vətənpərvər ruhda tərbiyə almasının dövlətimizin gələcəyi üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Birinci Qarabağ müharibəsi veteranı olan Arzu Nağıyev həm hərbçi, həm ictimai-siyasi xadim, həm də jurnalist kimi şəxsi təcrübəsini gənclərlə bölüşərək onları maraqlandıran sualları cavablandırıb. Bildirib ki, müstəqil dövlətin vətəndaşı olmaq hər bir gənc üçün qürur mənbəyi və böyük məsuliyyətdir. Azərbaycanın suverenliyinin qorunması, siyasi-iqtisadi inkişafı, milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə ötürülməsi məhz bugünkü gənclərin öhdəliyindədir.
Sonra könüllülərlə müzakirələr aparılıb, onların mövzu ilə bağlı fikirləri dinlənilib.
