Bu dəfə YAP Masallı rayon təşkilatının sədr müavini Səfalı Paşayev və köməkçilərilə birlikdə II Yeddioymaq İƏD-ə daxil olan I Yeddioymaq və Qasımlı kəndlərində şəhidlərimizin məzarlarını ziyarət edən, ailələrini dinləyən deputat qeyd edib ki, bu ziyarətlər bir daha göstərir ki, şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayır. Onların ailələrinə göstərilən hörmət və qayğı dövlət siyasətimizin ən mühüm istiqamətlərindən biridir:
"Görüş zamanı ailələrin dövlət tərəfindən göstərilən diqqət və dəstəkdən razı olduqlarını məmnunluqla ifadə etmələri bizi sevindirdi. Çünki bu razılıq təkcə maddi təminatdan deyil, mənəvi dəyərlərin qorunmasından və şəhid adının uca tutulmasından qaynaqlanır.
Şəhidlərimizin ailələri daim dövlətimizin və xalqımızın diqqət mərkəzindədir. Bizim ən böyük borcumuz şəhidlərimizin müqəddəs xatirəsini yaşatmaq və onların ailələrinə daim sahib çıxmaqdır.
Vətən uğrunda canından keçən hər bir şəhidin ailəsi bizim hamımız üçün əziz və dəyərlidir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbir versin.
Şəhidləri ehtiramla anır, Vətən sevgiləri və qəhrəmanlıqları ilə qürur duyuruq."- Məşhur Məmmədov paylaşımda bildirib.
Bəradər Səməndərli
"Atributinfo.az"
