Sizin reklam burada
Sizin reklam burada
  • Noyabrın ayının 1-də "EMEDIA GROUP" Media Təşkilatının birgə təşkilatçılığı ilə "Nizami Kino Mərkəzində keçirilən “Güclü ümid, sağlam gələcək” Forumunda iştirak etdik

    Noyabrın ayının 1-də "EMEDIA GROUP" Media Təşkilatının birgə təşkilatçılığı ilə "Nizami Kino Mərkəzində keçirilən “Güclü ümid, sağlam gələcək” Forumunda iştirak etdik.

    Bunu Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı özünün feysbuk səhifəsində paylaşıb. O, əlavə edib ki, tədbir leykemiya (qan xərçəngi) ilə mübarizə aparan uşaqlara mənəvi və ictimai dəstəyin gücləndirilməsini, onların sağlam və parlaq gələcəyi naminə cəmiyyətin birliyini nümayiş etdirdi:

    "Bu istiqamətdə dövlətimizin, Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın humanist siyasəti, xüsusi qayğıya ehtiyacı olan insanlara göstərdiyi diqqət və həssas münasibəti böyük minnətdarlıqla qeyd olunmalıdır. Məhz dövlət qayğısı nəticəsində yüzlərlə uşaq müalicə imkanı qazanır, həyatlarını ümidlə yaşayırlar.

    Hər bir uşağın sağlam böyüməsi, arzularının gerçəkləşməsi bizim həm mənəvi, həm də vətəndaş borcumuzdur. Hər bir dəstək uşaqların həyatına işıq, ailələrinə ümid, cəmiyyətə xoşbəxt gələcək bəxş edir.

    Bu cür təşəbbüslər göstərir ki, Azərbaycan dövləti sosial ədaləti, mərhəməti və insanlıq dəyərlərini öz siyasətinin mərkəzinə qoyur.
    Birlik, sevgi və qayğı ilə uşaqlarımızın sağlam gələcəyi naminə onların yanında olan hər kəsə və tədbirin təşkilatçılarına təşəkkür borcumuz var."- Günay Ağamalı paylaşımda bildirib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"







    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ