Sizin reklam burada
Sizin reklam burada
  • YAP Göygöl rayon təşkilatı üzrə ərazi partiya təşkilatlarında “Kostitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr-Zəfər Günü ilə əlaqədar tədbirlər keçirilib

    YAP Göygöl Rayon Təşkilatı üzrə Peşə məktəbi və Hacıməlik qəsəbə Ərazi partiya təşkilatlarında “Kostitusiya və Suverenlik İli” ilə bağlı silsilə tədbirlər çərçivəsində "Qalib dövlət, qalib lider, qalib xalq" mövzusunda keçirilən tədbirlərdə Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Vətən müharibəsi iştirakçıları, ziyalılar və gənclər iştirak etmişdir.

    "Atributinfo.az" məlumat verir ki, tədbirlər zamanı ilk öncə Azərbaycan Respublikasının qurucusu və yaradıcısı Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev giriş nitqi ilə çıxış edərək ümummilli Lider Heydər Əliyevin xalqımıza bəxş etdiyi Müstəqil Azərbaycan Respublikasının yüksək inkişafa nail olmasından, Müzəffər Ali Baş Komandanımız, cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilən, bu gün 5-ci ilini qeyd etdiyimiz Məhtəşəm Zəfərin əhəmiyyətindən danışmışdır. V.İsayev bildirib ki, uzun illər idi hiyləğər və məkirli ermənilərin müxtəlif azğınlıqları ilə qarşılaşan xalqımız nəhayət ki, 5 il bundan öncə öz haqq savaşına qalxaraq, 30 il işğal altında olan torpaqlarımızı yağı düşməndən azad etdi və möhtəşəm qələbəyə imza ataraq tarixi ədaləti bərpa etməyə müvəffəq oldu. Ermənistanın vaxtaşırı törətdiyi bəd əməllərin davamı olaraq 2020-ci ilin sentyabr ayının 27-də növbəti hərbi təxribatından sonra Azərbaycan Ordusunun 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da tarixi qələbəmizlə başa çatdı. Həmin gün Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan birgə bəyanatla Silahlı Qüvvələrimizin hərbi cəbhədəki möhtəşəm qələbəsi diplomatik sahədə də rəsmiləşdirildi. Prezident, Ali Baş Komandan İlham Əliyev qalib sərkərdə, Azərbaycan Silahlı Qüvvələri güclü ordu, xalqımız isə böyük, məğrur, yenilməz xalq olduğunu bir daha təsdiqlədi. Xalq-Prezident-Ordu vəhdəti ərazi bütövlüyümüzün bərpasında, torpaqlarımızın işğaldan azad edilməsində mühüm rola malik oldu.
    Ərazi partiya təşkilat sədrləri Kəmalə Nəhmədova və Səbuhi Məmmədov, QƏQİB Göygöl rayon filialının sədri Araz Abbasov, natiqlərdən Sevinc Hacıyeva, Lalə Rəhimova, Sədayə Hüseynova və digərləri çıxış edərək bildiriblər ki, düşmən tapdağından qurtulan yurd yerlərimizin xilası ilə bağlı qələbə müjdələri ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla reallaşdıran Prezident İlham Əliyevin ata vəsiyyətini yüksək səviyyədə yerinə yetirdiyinin təsdiqinə çevrildi.
    Bu gün Azərbaycanın ərazi bütövlüyü tam təmin olunub, Xocalı, Ağdərə, Xankəndi və digər ərazilərimiz artıq azaddır. Müzəffər Ali Baş Komandanımız 15 oktyabr 2023-cü ildə Xankəndində Azərbaycan bayrağını ucaltması ilə “Nəyi, necə, nə vaxt etmək lazımdır onu mən bilirəm” ifadəsini sözün əsil mənasında qızıl sözlər kimi hər bir insanın sevinclə, qururla təkrarladığı aksioma çevirdi. Son beş ilin əsas hədəflərindən biri təbii ki, Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış Proqramının uğurlu icrasıdır. Hazırda keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması, orada yüksək yaşayış şəraitinin təmin edilməsi üçün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Böyük Qayıdış Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlər yenidən tikilir, müasir infrastruktur layihələri icra olunur, yeni yollar salınır, istehsal müəssisələri yaradılır, soydaşlarımızın məşğulluğunun təmin edilməsi üçün zəruri tədbirlər görülür, mərhələ-mərhələ bu torpaqlara qayıdış gerçəkləşdirilir.
    Qədirbilən xalqımız bu gün Möhtəşəm Qələbənin 5-ci ildönümünün sevincli günlərini yaşayır və ölkəsini sevən, Vətəninə sonsuz sevgi ilə bağlı olan hər bir Azərbaycanlı ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində rəhbər tutmağa, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması uğrunda mübarizə aparmağa hər an hazırdır.
    Qeyd edək ki, Göygöldə Zəfər Günü ilə bağlı silsilə tədbirlər davam etdirilir.

    Bəradər Səməndərli
    "Atributinfo.az"









    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ