Sizin reklam burada
Sizin reklam burada
  • Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin üzvü, deputat Razi Nurullayevə ağır itki üz verib

    Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin üzvü, deputat Razi Nurullayevə ağır itki üz verib.
    Deputatın gənc, yeniyetmə bacısı oğlu Murad Alışov bu gün xəstəlik nəticəsində vəfat edərək, haqq dünyasına qovuşub.
    Bu üzüntülü vaxtlarda redaksiyamızın yaradıcı kollektivi adından dostumuz Razi bəyin kədərinə şərik olur, uca Yaradandan dözüm, səbr diləyir, qardaşoğlunun vaxtsız vəfatı ilə əlaqədar özünə, əzizlərinə, doğmalarına dərin hüznlə başsağlığı verirəm.
    Muradı sağlığında tanıyan hər kəs yaxşı bilir ki, o, çox mədəni, alicənab və özünü sevdirməyi bacaran gənc ziyalı idi.
    Allah rəhmət eləsin! Axirət dünyası abad, ruhu şad, məkanı cənnət olsun!

    Bəradər Səməndərli
    "Atribut" qəzeti və "Atributinfo.az" saytının baş redaktoru

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ