"Atributknfo.az" xəbər verir ki, tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, kollektiv üzvləri və rayonda fəaliyyət göstərən fermer təsərrüfatlarının rəhbərləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib, abidəsi önünə gül dəstələri düzüblər. Sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin xatirəsi anılıb.
Daha sonra Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzində kollektivlərin iştirakı ilə 1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Gününə həsr olunmuş yığıncaq keçirilib.
Bəradər Səməndərli
"Atributinfo.az"
