Haqqında söz açacağım Nizami Əsgərov məhz xarakterizə etdiyim bu qəbil insanlardandır. Hələ gənc yaşlarından idmanın bir çox növünə maraq göstərən Nizami daha çox futbol oynamağa və güləşə üstünlük versə də, sonralar tale elə gətirib ki, cüdo üzrə püxtələşməyə və peşəkar idmançı kimi tatnınmağa başlayıb. Belə ki, o, Buruvesnik idman klubunda məşqlərini fəal şəkildə davam etdirərək mükəmməl yarışlara vəsiqə alıb. Ənənəvi yarışlardan Respublika turnirinə qədəm qoyan N. Əsgərov nəhayət, cüdo üzrə qara kəmər ustası fəxri adına yüksəlib.
Onu da qeyd edək ki, bu insan idmanla yanaşı evini, ailəsini dolandırmaq məqsədilə sürüculük fəaliyyəti ilə də məşğuldur. Hələ uzun illər Bakı-Tümen sərnişin qatarında bələdçi vəzifəsində çalısan Nizami paytaxtda fəaliyyət göstərən Bakı BUS sərnişinnəqliyyatın 149 saylı marşrut avtobusunun növbəli sürücüsüdür.
Yazını hazırlayarkən onun bu sahədə fəaliyyəti ilə bağlı bir neçə sərnişin arasında sorğu-sual keçirdik və sərnişinlərin müsbət fikirlərinə istinadən qərara gəldik ki, Nizami Əsgərov Bakı BUS-da fəaliyyətə başladığı qısa müddət ərzində nümunəvi sürücü kimi insanların yüksək rəğbətini qazanıb. Nə gözəl. Elə isə biz də bu insana fəaliyyətində daha yüksək uğurlar arzulayırıq.
Bəradər Səməndərli
"Atribut" qəzeti və "atributinfo.az" saytının baş redaktoru
