Sizin reklam burada
Sizin reklam burada
  • "Xəstəliyi yeni təsnifata görə Podosphaera persicae göbələyi törədir"- İbrahim Cəfərov

    "Dəyərli fermerlər, bağ sahibləri, bu statusda gördüyünüz şaftalı ağacında yarpaq və meyvələrdə olan bu əlamətlər unlu şeh xəstəliyinin simptomlarıdır, şəkilləri bağda 28 may 2025- ci il tarixdə çəkmişəm."

    Bu fikirləri Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru, professor İbrahim Cəfərov özünün feysbuk səhifəsində paylaşıb. O, əlavə edib ki, xəstəliyi yeni təsnifata görə Podosphaera persicae göbələyi törədir:

    "Çoxillik tədqiqatlara görə unlu şeh bu il bağlara çox erkən gəlib, xüsusilə meyvələrdə kütləvi yoluxma qeydə alınır. Bu xəstəliklə mübarizədə bütün aqrotexniki kompleksə əməl etməklə, tiovit djet, kumulus kimi kontakt, skor, topaz, strobi və s sistem təsirli fungisidlər də səmərə verə bilər."- İ. Cəfərov paylaşımda bildirib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"











    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ