Bunu 74 saylı Masallı Şəhər seçki dairəsindən seçilmiş millət vəkili Məşhur Məmmədov "atributinfo.az"a açıqlamasında deyib. O, əlavə edib ki, Ziba xanımın dediyi kimi, övladlarını Vətənə fəda edən bir ailə üçün evinə edilən ziyarətlər həm qürur, həm sevinc, həm də kədərli günləridir. İntiqam Vətən müharibəsində, Nurlan isə 2016-cı ilin aprel döyüşlərində şəhid olub.
"Bir ailənin iki igid övladı, iki qəhrəman şəhidi böyüyüb bu ailədə! Onların göstərdiyi fədakarlıq sayəsində bu gün torpaqlarımız azaddır, xalqımızın 30 illik torpaq həsrəti sona çatıb.
Qələbəmizin ən böyük təbriki Şəhid Analarına düşür. Ziba xanım, sizə dərin ehtiramımızı bildiririk!
Ev muzeyində qardaşların xatirəsinə yaradılan guşə qəhrəmanlıq, vətənpərvərlik ruhunu duymaq üçün kifayət edir – orada vətənpərvərlik, fədakarlıq və igidlik yaşayır.
Şəhid qardaşların ruhu qarşısında baş əyir, ailələrinə uzun, sağlıqlı, firəvan günlər arzulayıram. Şəhid ailələri dövlətə, bizlərə əmanətdir."- Deputat deyib.
Bəradər Səməndərli
"Atributinfo.az"
