Sizin reklam burada
Sizin reklam burada
  • Məşhur Məmmədov şəhid atası, qazi və Vətən Müharibəsi iştirakçısını qəbul edib

    Daim seçicilərinin yanında olan, onların qayğı və problemlərinin həllini fəaliyyətinin prioritet istiqaməti hesab edən və 74 saylı Masallı seçki dairəsindən deputat seçilən Məşhur Məmmədov bu gün Masallı şəhər Heydər Əliyev Mərkəzində seçicilərlə növbəti qəbul-görüşünü keçirib.

    "Atributinfo.az" xəbər verir ki, görüşdə YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev və deputatın köməkçiləri iştirak ediblər.
    Qeyd edək ki, qəbula gələnlərdən bir nəfər şəhid atası, 1 nəfər qazi, 2 nəfər Vətən Müharibəsi iştirakçısı olub.
    20-dən çox seçicini dinləyən millət vəkili, onları narahat edən məsələlərə yerində aydınlıq gətirməyə çalışıb, bəzi istəklər yerində həllini tapıb. Vətəndaşların qaldırdıqları digər problemlərin daha operativ həlli üçün Məşhur Məmmədov aidiyyatı qurumlarla müvafiq əlaqələndirmə işlərinin aparılacağını vətəndaşların nəzərinə çatdırıb.
    Seçicilərin hər birinin müraciətini fərdi dinləyib, lazımi addımların atılması üçün müvafiq razılığa gəlinib.
    "Dövlətin və seçicinin etimadını doğrultmaq, vətəndaşlarımızın rifahı naminə çalışmaq əsas vəzifəmizdir!"- deyə deputat "atributinfo.az"a açıqlamasında bildirib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"











    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ