Sizin reklam burada
Sizin reklam burada
  • Ordubadda avtomobil yolunda qaya uçqunu baş verib

    Ordubad rayonunun Bist kənd avtomobil yolunda qaya uçqunu baş verib.

    Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib ki, iri qaya parçaları yolun hərəkət hissəsinə tökülüb və nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti dayanıb. Hadisə ilə əlaqədar dərhal əraziyə agentliyin əməkdaşlar cəlb olunub.

    Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində həmin yolda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi qısa zamanda təmin edilib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ