Milli Məclisin deputatı Müşfiq Məmmədlinin seçicilərlə ənənəvi görüşləri davam etməkdədir.
"Atributinfo.az" xəbər verir ki, 20.04.2025-ci il tarixində Siyəzən rayonunun Böyük Həmyə kəndinin ərazisində yerləşən Göyçə yaşayış massivində vətəndaşlarla görüş keçirib. Millət vəkili mövsüm normalarından artıq düşən yağıntıdan yaranan daşqından sonra selin zərər vurduğu kənd sakinlərinin evlərinə baxış keçirib, onların fikirlərini dinləyib, xüsusən son günlərdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyə orqanlarının Siyəzən könüllülərinin iştirakı ilə həm əhalinin zərərçəkməməsi üçün həm də seldən sonra dəymiş ziyanın qarşısını almaqdan ötrü görülən böyük həcmli işlərin şahidi olub. Polis əməkdaşları əhalinin, boşalmış evlərin qorunması və insan itkisinin olmaması üçün yüksək fədakarlıq nümayiş etdirmişlər.
Müşfiq Məmmədli onların hər birinə dərin təşəkkürünü bildirmiş və əhaliyə dəymiş zərərin ödənilməsi, normal həyat fəaliyyətinin bərpası üçün bütün istiqamətlərdə müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına sorğularını göndərib və əhalinin ehtiyaclarının təmin olunması üçün əlavə zəruri müraciət ünvanlayacağını bildirib.