Bunu "atributinfo.az"a açıqlamasında Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru, professor İbrahim Cəfərov deyib. O, əlavə edib ki, torpaq payızdan şumlanıb, qış aratı aparılıb, şum altın gübrə verilib, indi isə sahələr keçən ildən qalan bitki alaq otlarından təmizlənir ki, pambıq, günəbaxan, şəkər çuğundurunun səpininə başlayaq:
"Toxumlar dərmanlanıb, traktor parkına əl gəzdirilib. Hər şey səpinə hazırlıqdan başlayır. Amma tam səmimi bir şey deyim, hər şeyi və tarlaları da gözəlləşdirən səmimi, qeybətdən kənar əməksevər insanlardır. Bu günlər tarlada saatlarla çalışan, zəhmət təri tökən əməkdaşlara vicdanlı əməyə görə təşəkkürlərimi bildirirəm."- İbrahim Cəfərov deyib.
Bəradər Səməndərli
"Atributinfo.az"
