"Şəhidin anası Bezxanım müəllimə Şabran rayonunun tanınmış və hörmətli pedaqoqlarından biridir.
Ömrünü maarifə, gənc nəslin təhsil və tərbiyəsinə həsr edən bu fədakar ana, eyni zamanda Vətənə qəhrəman bir övlad bəxş etmişdir.
Uşaqlıqdan yüksək əxlaqi dəyərlərlə böyümüş Seyfəddin vətənpərvərlik və mərdlik hissləri ilə dolu bir gənc kimi, Füzuli uğrunda şücaətlə döyüşərək 22 yaşında Vətən yolunda canını fəda edib."- Deyə vurğulamışdır.
M. Suleymanlı onu da əlavə etmişdir ki, şəhidlərimizin igidliyi və fədakarlığı heç zaman unudulmayacaq. Onların qəhrəmanlığı yalnız döyüş meydanında deyil, həm də bütün Azərbaycan xalqının qəlbində əbədi izlər buraxıb.
Bəradər Səməndərli
"Atributinfo.az"
