Sizin reklam burada
Sizin reklam burada
  • FHN Od çərşənbəsi ilə əlaqədar əhaliyə müraciət edib

    Fövqəladə Hallar Nazirliyi Od çərşənbəsi ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.

    Müraciətdə nazirlik əhalini Novruz bayramı ilə əlaqədar mərasimlərin təşkili və keçirilməsi, o cümlədən tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırıb:

    “- bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda yandırılmalı;

    - tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;

    - tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;

    - tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;

    - süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

    Həmçinin, nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur.

    Yadda saxlayın: pirotexniki vasitələrdən istifadə qadağandır!

    Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

    Təhlükə zamanı 112-yə zəng edin!”.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ