Onları şəxsiyyətə çevirən amillər sırasında tarixi şərait, iradə və yaradıcı qətiyyətlə yanaşı, milli mənsubiyyət və qürur, milli düşüncə və davranış da mühüm rol oynayır. Şəxsiyyəti müəyyən edən amillərdən biri də xarakterdir.
Bugünkü müsahibim Şimali Osetiya – Alaniya Respublikasında fəaliyyət göstərən “Azərbaycanlılar Konqresinin” sədri Gülməmmədov Murtuza İsgəndər oğludur.
Murtuza müəllim, ilk öncə Sizi yenidən Şimali Osetiya “Azərbaycanlıları Konqresinin” sədri seçilməyiniz münasibətilə təbrik edirik. Sizi oxucularımıza necə təqdim edək, yəni Murtuza Gülməmmədov kimdir.
Mən, Gülməmmədov Murtuza İsgəndər oğlu 1953-cü il tarixində Qərbi Azərbaycanda anadan olub. Orta məktəbdə təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılan Gülməmmədov əsgərliyini Ukrayna respublikasında başa vurur. Xidməti dövründə özünü nümunəvi əsgər kimi gösrtərən M.Gülməmmədov komandanlıq tərəfindən dəfələrlə təltif olunur. Bunların nəticəsi olaraq onun hərbi hissədə qalaraq hərbiçi kimi fəaliyyət göstərməsi tövsiyyə olunur. Yüksək nizam-intizama sahib olan M.Gülmməmmədov starşina kimi xidmətə başlayıb hərbi hissə komandiri kimi fəaliyyətini başa vurub təqaüdə çıxır.
M.Gülməmmədov 1977-ci ildə Ukraynadan Şimali Osetiyaya gələrək DİN-nin akademiyasına qəbul olub 1981-ci ildə təhsilini başa vurdu. Nizam-intizamı və aktiv fəaliyyəti ilə seçilən həmsöhbətimizə akademiyada qalıb gənc zabitlərin hazırlanmasında yaxından iştirak edir. Onun hazırladığı zabitlərdən biri Respublikamızda Daxili Qoşunların formalaşmasında yaxından iştirak edir. 1992-ci ildən hərbi hissə komandiri kimi xidmətini davam etdirən M.Gülməmmədov Şimali Qafqazda baş verən hadisələrə görə yaradılmış Daxili qoşunların yeni diviziyasının nəzdindəki, 2-ci hərbi hissəni yenidən komplektləşdirilməsini uğurla başa vurub, 1999-cu ildə təqaüdə çıxır.
Diaspora fəaliyyətinə 1992-ci ildə başlayan Murtuza Gülməmmədov “Azərbaycanlılar Konqresinin” keçdiyi yoldan, üzləşdikləri çətinliklərdən, pərdəarxası maneələrdən ətraflı danışaraq bizi keçmişə səyahətə çıxarmışdı sanki. 2010-cu ildə Konqresin sədr müavini seçilən Gülməmmədov 2013-cü ildən həmin Konqresin sədri kimi fəaliyyətini davam etdirir.
-Diaspora fəaliyyətinin əsas priotetlərindən biri Respublikamızdan kənarda yaşayan azərbaycanlıların təşkilatlanması, əlaqələrin genişləndirilməsi istiqamətində əməli fəaliyyətdən ibarətdir. Şimali Osetiya “Azərbaycanlılar Konqresinin” gələcək planları haqqında məlumat verməyinizi xahiş edirik.
Azərbaycanlılar Konqresinin gələcək planlarından danışmazdan əvvəl bir məsələyə diqqətinizi yönləndirmək istərdim.
Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, Azərbaycanlıların Şimali Osetiya Respublikasına kütləvi şəkildə ilk köçü təxminən 250 il bundan əvvələ təsadüf edir.
Bir də ki, 1939-45-ci illərdə baş vermiş ikinci dünya müharibəsi zamanında Azərbaycanda ancaq azərbaycanlılardan yaradılmım 7 diviziyadan 3-ü Şimalı Osetiyanın müxtəlif cəbhələrinə dislokasiya olundu. Bu müharibədə qəhrəmancalına döyüşərək həlak olmuş həmvətənlərimizin xatirəsini əbədiləşdirmək üçün 3 abidə ucaldılıb. 1996-cı ildə Rossveta kəndində. İkinci abidə 2013-cü ildə Mazdok rayonun, Vesyolıy qəsəbəsində 223-cü diviziyanın şərəfinə. 2025-ci il may ayının 9-da Böyük Vətən müharibəsinin 80 illiyi qeyd ediləcək. Şimali Osetiya Respublikasının rəhbərliyi ilə aparılan yazışmalardan və danışıqlardan sonra Aleya Slava parkında yeni bir abidənin ucaldılmasına azılıq almışıq. Əsas məqsədimiz Alman faşizminə qarşı qəhrəmancasına döyüşərək həlak olmuş 40776 nəfər həmvətənlilərimizin xatirəsini layiqli şəkildə əbədiləşdirək.
QEYD: Bir məqamı xüsusi ilə qeyd etmək istəyirəm ki, həmin abidənin tikintisi və digər xərclər Şimali Osetiya-Alaniya Respublikası “Azərbaycanlılar Konqresinin” fəxri prezidenti Şahin Məmmədovun şəxsi təşəbbüsü və vəsaiti hesabına aparılır. Bundan başqa “Azərbaycanlılar Konqresinin” təşəbbüsü əsasında Şimali Osetiya Respublikasının Karça kəndində yerli admnistrasiyanın qərarı ilə aəzrbaycanlıların dəfn olunması üçün torpaq sahəsi ayrılmışdır.
-Zamanı şərti olaraq 3 yerə bölürlər müdrüklərimiz. Keçmiş, indiki, gələcək. Keçmiş olaraq bizdən əvvəlkilərin gördüyü işlər və yazdıqları tarix, İndiki zamanda bizim gördüyümüz işlər və yazdığımız tarix, bir də gələcək nəslə buraxacağımız miras kimi bir zman kəsiyini yaşayayırıq. Şimali Osetiya “Azərbaycanlıları Konqresinin” gənclər siyasəti haqqında nə deyərdiniz.
Verdiyimiz sualları geniş aspektdə cavablandırmağa çalışan Murtuza Gülməmmədov Konqresin gənclər siyasəti haqqındakı sualımızı da cavablandırarkən ənənəsinə sadiq qaldı. O, bildirdi ki, Konqresin tərkibində gənclər təşkilatı ilə yanaşı Ağsaqqallar Şurası və Qadınlar Şurası da fəaliyyət göstərir.
Konqresin qarşısında duran ümdə məsələrdən biri də azərbaycançılıq ideyalarının və adət-ənənələrinin gənclər arasında təbliği və qorunub saxlanmasından ibarətdir. Bundan başqa digər cəmiyyətlərlə münasibətdə də milli hisslərin qorunub saxlanması diqqət mərkəzindədir.
Elçin Şükür,
koordinator
